18.03.2021

"Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən "Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimlərinin yekun qiymətləndirilməsi keçirilib. 14 mart 2021-ci il tarixində Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil olunan qiymətləndirmə zamanı müdavimlər təlimlərdə keçilmiş mövzulara uyğun test tapşırıqlarını cavablandırıblar.

Ümumilikdə 203 müdavimdən 195 nəfəri qiymətləndirmədə iştirak edib. 

Qeyd edək ki, qiymətləndirmə prosesi bitdikdən dərhal sonra iştirakçılara nəticələrini  əldə etmə imkanı verilib. Qiymətləndirmədə iştirak edən müdavimlərə nəticələrinin əks olunduğu sertifikatlar təqdim ediləcək.