Beynəlxalq ikili diplom proqramına qəbul davam edir
ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.
Proqram üzrə sənədlərin son qəbul tarixi aprelin 20-dir.
Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil”, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.
Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan https://bit.ly/3be6Yfz vasitəsilə tanış olmaq mümkündür.