"Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi" adlı vəsait hazırlanıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində hazırlanan və 4 moduldan ibarət olan yeddinci dərs vəsaiti “Səriştə əsaslı qiymətləndirmə mütəxəssisi” adlanır. Dərs vəsaitində 4 modul mövcuddur.
“Qiymətləndirmənin əsas prinsiplərinin tətbiq edilməsi” adlanan birinci modulda təhsilalanın modulu uğurla tamamladıqdan sonra qiymətləndirmənin və kvalifikasiyanın məzmununa dair baza prinsiplərini öyrənməsi əsas götürülüb.
“Müvafiq qiymətləndirmə metod və vasitələrinin hazırlanması” adlı ikinci modulun məqsədi təhsilalanın bu modulu tamamladıqdan sonra kontekst üçün uyğun qiymətləndirmə metod və vasitələrini tərtib etməyi bacarmasıdır. Modul qiymətləndirmənin real və etibarlı olmasını təmin etmək üçün qiymətləndirmə vasitələri və tapşırıqlarının necə tərtib və tətbiq edilməsini izah etmək, bacarıqların qiymətləndirilməsi üçün uyğun gələn bir sıra praktik qiymətləndirmə tapşırıqlarını ayırd edə bilmək və s. kimi məlumatlardan ibarətdir.
“Qiymətləndirmə prosesinin planlaşdırılması” adlanan üçüncü modulun əsas məqsədi təhsilalanın qiymətləndirmə prosesinin təşkilini və bütün namizədlər üçün əlçatanlığını təmin etməyi bacarmasıdır.
Sonuncu hesab edilən dördüncü modul “Qiymətləndirmənin aparılması və qiymətləndirmə qərarlarının verilməsi” adlanır. Burada əsas məqsəd təhsilalanın bu modulu tamamladıqdan sonra qiymətləndirmə mütəxəssisinin rol və öhdəliklərini öyrənməsi, həmin prosesi tələblərə uyğun həyata keçirməyi və qiymətləndirmə mühakimələrini təsdiqləməyi bacarmasıdır.
Modullarla daha ətraflı tanış olmaq üçün veb saytımızın Nəşrlər bölməsinə daxil ola bilərsiniz: https://bit.ly/3xK5WlQ