23.10.2017

Qusarda peşəyönümü işinin inkişaf etdirilməsi ilə bağlı layihə öz işini davam etdirir.

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Qusar  rayon  Balaqusar   Bələdiyyəsi  ərazisində  yerləşən  4  ümumtəhsil  məktəbində    peşəyönümü  işinin  inkişaf  etdirilməsi” layihəsi öz işini davam etdirir. 

Layihənin   məqsədi  səmərəli  peşəyönümü  sistemini  hazırlayıb qurmaq  vasitəsi ilə  IX-XI   sinif  şagirdlərinin  peşə  və  ixtisas  seçimini  təkmilləşdirmək   və  digər  ümumtəhsil   məktəblərində   onların  tətbiq  edilməsi  üçün  nümayiş  etdirməkdir.

Layihə çərçivəsində görüləcək işlər plana uyğun davam etdirilir. Hazırda layihənin hazırlıq  işləri yekunlaşıb və tədbirlərin  keçirilməsinə  başlanılıb. 14 oktyabr 2017-ci il  tarixində  təlimçi  və ekspertlərin məktəb  rəhbərləri  və müəllimlərlə   görüşü  təşkil  olunub, layihənin məqsədi  və  vəzifələri  haqqında  seminar  keçirilib. 21 oktyabr da Qusar rayon Həsənqala  kənd  tam  orta  və   Bədirqala  kənd  ümumi  orta məktəblərində  oxuyan   şagirdlərin  valideynləri  ilə  layihə  rəhbəri, ekspert  və  təlimçilərin görüşü  təşkil  olunub , valideynlərlə  “peşəyönümünün  mahiyyəti”  mövzusunda   təlim-seminar  keçirilib.

Layihə  çərçivəsində  görüləcək işlər olaraq Həsənqala, Bədirqala, Balaqusar və  Köhnə Xudat Qazmalar  kənd  məktəblərində  könüllü  müəllimlərdən peşəyönümü  və  ixtisasseçimi   üzrə  təlimçi –mütəxəsislərin hazırlanması, şagirdlər  üçün  peşəyönümü təlimlərinin və testlərin keçirlməsi, məsləhətlərin  verilməsi, ümumtəhsil məktəbləri  və peşə məktəbləri  arasında  əlaqələrin  qurulmas, peşə məktəblərinə  informasiya  turlarının  təşkil  olunması,  fiziki  qüsurlu  məktəblilərin  peşəyönümü  təlimlərində  iştirakını təmin edilməsi nəzərdə tutulub.

Layihənin  icra  müddəti  3  aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.