"Kibertəhlükəsizlik" layihəsinin iştirakçıları "STEAM Azerbaijan" layihəsi ilə tanış olublar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" layihəsinin bir qrup iştirakçısı “STEAM Azerbaijan” layihəsi ilə tanışlıq məqsədilə təlim səfərində olub. Təlimdə ümumilikdə 21 tələbə iştirak edib. Səfər zamanı tələbələrə STEAM konsepsiyası, humanoid robotlar, CNC Laser aparatları, Micro:bit və Arduino kimi kitlər barədə məlumat verilib.
Təlimin təşkil olunmasında əsas məqsəd tələbələr tərəfindən hər iki layihə üçün maraq doğuracaq təkliflərin hazırlanması olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən "Kibertəhlükəsizlik" təlim layihəsi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. “STEAM Azerbaijan” layihəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılıb və Təhsil İnstitutu tərəfindən icra olunur.