21.05.2021
Təhsil İnstitutunda doktorluq imtahanları çərçivəsində pedaqogika fənnindən fərq imtahanları keçirilib
21 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorluq imtahanlarının yaz sessiyası çərçivəsində pedaqogika fənnindən fərq imtahanları keçirilib. İmtahanlar Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq təlimat əsasında təşkil olunub.
İddiaçılar fəlsəfə doktoru proqramı üzrə sabiq dissertant Afaq Əliyevanın və elmlər doktoru proqramı üzrə qiyabi doktorant İlham Cavadovun cavabları əla qiymətləndirilib.
Doktorluq imtahanını mütəxəssislər, pedaqogika üzrə elmlər doktorları, professorlar Vidadi Xəlilov və Akif Abbasov qəbul ediblər.