Şagirdlər Azərbaycan Milli Tarix muzeyinə ekskursiyası edib
22 oktyabrda şagirdlərin “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Şagirdlərə maddi-mədəniyyət abidələrinin tanıdılması, adət-ənənələrin öyrədilməsi və tədrisdə tətbiqinin səmərəliliyinin artırılması üzrə işlərin təşkili” layihəsi çərçivəsində Azərbaycan Milli Tarix muzeyinə ekskursiyası təşkil edilib.
Qeyd edək ki, oktyabrın 17-də şagirdlər arasında aparılan sorğu nəticəsində həm ekskursiyada iştirak edəcək şagirdlər, həm də ekskursiyanın olacağı məkan müəyyənləşdirilmişdi. Ekskursiyada Bakı şəhəri 165 nömrəli tam orta məktəbin 5-7-ci sinif şagirdləri iştirakı edib. Layihə çərçivəsində görüləcək işlərə uyğun olaraq şagirdlər Milli Tarix Muzeyində əldə etdikləri məlumatlar əsasında təqdimatlar hazırlayacaqlar.
Layihənin məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlərdən istifadə etməklə şagirdlərə maddi-mədəniyyət abidələrinin, adət-ənənələrin, milli-mənəvi dəyərlərin daha mükəmməl şəkildə öyrədilməsinə, bu istiqamətdə səmərəli nəticələr əldə olunmasına nail olmaqdır. Nəzərdə tutulan məqsədlərə nail olmaq üçün layihə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Ülviyyə Mikayılovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.