08.06.2021

2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il iyunun 7-dən 13-dək 2021-2022-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatını elan edir.

İmtahanda iştirak etmək üçün qeydiyyat onlayn formatda aparılacaq. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in rəsmi veb səhifəsində (http://ekabinet.dim.gov.az)  qeydiyyatdan keçməlidirlər.

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2021-ci il iyunun 20‑də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 21-dən etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Daha ətraflı: http://dim.gov.az/news/6701/       

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respubliksının Təhsil İnstitutunda (ARTİ) Fəlsəfə doktoru və Elmlər doktoru proqramı üzrə Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ümumtəhsil fənlərinin tədrisi metodikası), Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, Korreksiya pedaqogikası, Pedaqoji psixologiya ixtisaslarından hazırlıq həyata keçirilir.

Qeyd edək ki, ARTİ-nin fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə 12 nəfər doktorant və dissertant son beş ildə müxtəlif fəxri ad, orden və medallarla, “Əməkdar müəllim” fəxri adı və həmçinin “İlin müəllimi” adı ilə təltif olunublar.

Ətraflı məlumat üçün: 012 493 82 71