21.06.2021

"Qərarvermədə məktəb direktorlarının stereotipləri: Fenomenoloji analiz" adlı məqalə dərc olunub

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslının həmmüəllifi olduğu "Stereotypes of school administrators in decision-making: A phenomenological analysis" ("Qərarvermədə məktəb direktorlarının stereotipləri: Fenomenoloji analiz")  adlı məqalə  "Scopus" verilənlər bazasına daxil olan "The Malaysian Online Journal of Educational Management - MOJEM" jurnalında (Malayziya Təhsilin İdarəolunması Onlayn Jurnalı) nəşr olunub. 

Məqalədə məktəb direktorlarının stereotiplərinin qərar qəbul etmə proseslərinə təsiri tədqiq edilib. Araşdırmadan əldə edilən nəticələr göstərir ki, məktəb direktorlarının stereotipləri problem həll etmə, komanda yaratma və s. mövzularda qərar vermə proseslərinə təsir edir.

Məqalənin tam mətnini əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.

https://ejournal.um.edu.my/index.php/MOJEM/article/view/30572/13111