Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında 2 bürünc medal qazanıblar
19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. 90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Belə ki, Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlıq dərsləri Təhsil İnstitutu tərəfindən təşkil olunur.
Nəzərinizə çatdıraq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.