"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələri təqdim olunub
Azərbaycan Respublikasının Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihə çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edir.
Qeyd etmək lazımdır ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.
Sorğuda 2014-2018-ci illər ərzində özəl sektor tərəfindən ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitlərinin həcmi, növləri və mənbələri barədə məlumat əldə olunub. Sorğunun nəticələri ilə infoqrafikalarda tanış ola bilərsiniz.
Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub.