"Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi" mövzusunda vebinar keçiriləcək
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verib.
Fəaliyyətlər çərçivəsində ARTİ tərəfindən onlayn formatda bir sıra mövzular üzrə vebinarlar təşkil olunacaq.
İlk vebinar “Qafqaz Albaniyası və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova çıxış edəcək. Onlayn tədbir 9 avqust saat 19:00-da ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Nəzərinizdə çatdıraq ki, vebinarların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə işlərinin həyata keçirilməsidir.