04.08.2021

"Azərbaycan məktəbi" jurnalının yeni sayı işıq üzü görüb

Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının yeni sayı işıq üzü görüb.

Jurnalın növbəti sayında Əddin Muştaqovun “Rəqabətli insan kapitalı indeksində keyfiyyət təminatı amili”, Mətanət Qurbanovanın “Ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyəti: reytinq metodologiyası”, Afaq Kərimlinin “Azərbaycanda təhsilin keyfiyyətinin idarə olunması problemləri və onların həlli istiqamətləri”, Aydın Əliyev, Dünya Əhmədova və Nəzrin Babayevanın “Covid-19 pandemiyası dövründə Azərbaycanın təhsil müəssisələrində qarışıq öyrənmə üsulunun tətbiqi”, Aytac Yusifovanın “Onlayn təhsildə keyfiyyətin təmin edilməsi”, Günel Qasımovanın “Formativ qiymətləndirmədə düzgün əks-əlaqə və şagird nailiyyətlərinin qiymətləndirilməsində onun rolu”, Xədicə Əliyeva və Zabul Əhmədovun “İnformasiya-kommunikasiya texnologiyalarından istifadə vasitəsilə təlim prosesinin idarə olunması”, Sərcan Sadiqovanın “Təhsildə əsas keyfiyyət faktorları”, Natəvan Babayevanın “Xarici dil təlimi zamanı tələbələrin şifahi nitq bacarıqlarını kulturoloji aspektdə formalaşdıran amillər”, Əkbər N.Nəcəfin “XVI-XIX əsrlərdə Qarabağın ənənəvi təhsil ocaqları”, Teyyub Quliyevin “Nizami Gəncəvi və Azərbaycan dili”, Akif Xalıqovun “Nizami Gəncəvi irsindən tədris prosesində istifadə imkanları”, Vidadi Bəşirovun “Şəxsiyyətyönlülük ideyalarının tarixi əhəmiyyəti və gənc nəslə aşılanması yolları”, Gülnarə Əlixanovanın “Bədən tərbiyəsi və idmanın tədrisində hərəki adət və vərdişlərin rolu”, Bahar Bəylərova-Ələkbərovanın “Təhsil və tərbiyədə musiqi amili” məqalələri dərc olunub.

Nəzərinizə çatdıraq ki, jurnalın bu sayında dərc olunan məqalələrdən bir çoxu ARTİ-nin dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci il tarixlərində keçirilən “Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı”nda təqdim edilib.

ARTİ-nin təşkilati dəstəyi ilə jurnalın yeni forma, məzmun və dizaynda oxucuların istifadəsinə verilmiş 2021-ci il üzrə ikinci nömrəsi aşağıdakı keçiddə təqdim olunur.

Azərbaycan məktəbi N2 2021

Qeyd edək ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər sırasında yer alır, eləcə də bir sıra beynəlxalq indekslərdə tanınır.

Jurnalın yeni veb saytı yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.