06.08.2021

Metodik Dəstək Mərkəzi regionlara səfərlərini davam etdirir

ARTİ-nin Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

Növbəti görüşlər 3-6 avqust 2021-ci il tarixlərində həyata keçirilib. Görüşlər Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.

MDM-in əməkdaşları adıçəkilən rayonlar üzrə 60-dan çox metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib. 

MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.