17.08.2021

Bakı Dövlət Universitetinin "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:

  1. Proqram təminatının inkişafı (Proqram təminatının inkişaf mərhələləri, proqram təminatının həyat dövrü modelləri, struktur proqramlaşdırma və obyekt yönümlü proqramlaşdırma üsulları  və s.);
  2. Süni intellektə giriş (Süni intellekt sistemlərinin işlənməsində istifadə olunan əsas model, üsul, vasitələr və proqramlaşdırma dilləri haqqında sistemləşdirilmiş biliklərin verilməsi, süni intellekt sistemlərində tətbiq edilən həllin axtarışının əsas üsulları ilə tanışlıq, müasir maşın öyrənmə problemlərinin həlli üçün neyro şəbəkə vasitələrindən istifadə  və s.).

Namizədlərə qarşı tələblər:

  1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
  5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.

Müraciət üçün son tarix: 23 avqust 2021-ci il, saat 23:59