26.08.2021

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək

Azərbaycanda Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumun keçirilməsinə hazırlıqlar gedir. T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forum oktyabrın 1-i 2021-ci ildə online formada gerçəkləşəcək. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və beləliklə, təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.

Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

Forumda iştirak ödənişsizdir. Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız T-Network-un facebook (https://www.facebook.com/tnetwork.az) və ya instagram (https://www.instagram.com/tnetwork_global/)  səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55


Forumun informasiya dəstəkçisi “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalıdır.

 

Spikerlər:

 

 

  • Andreas Schleicher, PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru

 

  • Philip Kotler, məşhur professor, yazıçı, tədqiqatçı və bestsellər müəllifi

 

  • Michael Fullan, Toronto Universitetinin fəxri professoru, Dərin Öyrənmə nəzəriyyəsinin yardıcısı

 

  • Anant Agarwall,  dünyada məşhur edX platformasının qurucusu, MIT-in professoru

 

  • Azra Kohen, yazıçı, bestsellər müəllifi

 

  • Sal Khan, qlobal səviyyədə tanınan Khan Academy-nin qurucusu