06.09.2021

Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün "Refleksiv müəllim" seminarı keçiriləcək

ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 10 sentyabr saat 11:00-da Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri “Refleksiv müəllim” seminarına dəvət edir. Seminar onlayn formatda MS Teams platforması üzərindən həyata keçiriləcək. Seminarda VI sinif Azərbaycan dili dərsliyində olan “Məktub” mətni üzrə dərs icmalı müzakirə olunacaq.

2017-ci ildən həyata keçirilən “Refleksiv müəllim” layihəsinin məqsədi aşağıdakılardır:

- Birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək;

- Müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq;

- Konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqlarını aşılamaq;

- Konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək;

- Nəticəyə aparan refleksiv suallar qoymağı öyrətmək;

- İstənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, "ideal dərs" anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.

Aşağıdakı linkə daxil olaraq seminarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/s3b8uqScgfnCwT8L6