26.10.2017

İsmayıllının kənd məktəbində "Öyrədənik, bir addım öndəyik" layihəsi çərçivəsində seminar keçirilib

Oktyabrın 25-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində seminar keçirilib.

İsmayıllı rayon Topçu kənd tam orta məktəbində baş tutan seminarı giriş sözü ilə açan layihə rəhbəri Mehdiyeva Surə qeyd edib ki, layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bcarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarətdir.

Sonra seminarı layihənin təlimçilərindən biri olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Bahar Abdullayeva davam etdirib. Seminar zamanı Topçu kənd müəllimlərinə Web 2.0 alətlər  haqqında danışılıb, onların  dərs  prosesində əhəmiyyətindən  bəhs edilib. Müəllimlər web 2.0 alətləri olan “padlet”i və “animoto”nu öyrənməyə böyük həvəs göstəriblər.

Seminar zamanı müəllimlərin böyük marağına səbəb olan “eTwinning plus”  layihəsi haqqında da geniş məlumat verilib. Layihəyə qoşulan məktəbin 4 müəllimi seminarın təşkilindən səmərəli istifadə edərək layihədəki bir çox yenilikləri uğurla mənimsəyiblər.

Layihə çərçivəsində oktyabr ayının 28-də Cülyan kənd məktəbində təlim keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.