"Məktəb psixoloquna dəstək" layihəsi çərçivəsində seminar təşkil olunub
Sentyabrın 6-da ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Məktəb psixoloquna dəstək” layihəsi çərçivəsində seminar təşkil olunub. “Şəxsi və peşəkar inkişaf” mövzusunda təşkil olunan seminarda 25 nəfərdən artıq məktəb psixoloqu iştirak edib. Onlayn formatda təşkil olunan seminarın moderatoru beynəlxalq dərəcəli təlimçi Orxan Həsənov olub.
Seminar zamanı iştirakçılar inanc sistemləri, onların bizim həyatımıza təsiri, hədəflərin təyin olunması, motivasiya və iradə, vaxtın səmərəli planlaşdırılması və s. kimi mövzular barədə məlumatlandırılıb və fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, gələcəkdə məktəb psixoloqları üçün bu mövzuda seminarlar davam etdiriləcək.