14.09.2021
Riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
ARTİ-nin Təhsil standartları və proqramları şöbəsi Riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Tələblər:
- Kimya və riyaziyyat elmləri, ixtisasları üzrə ali təhsil;
- Riyaziyyat və kimya ixtisası dərəcəsi;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək;
- İngilis dilini yüksək səviyyədə bilmək;
- Komandada işləmək bacarığı.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 25.09.2021-ci il tarixinədək CV-lərini m.maharramov@arti.edu.az elektron poçt ünvanına “Riyaziyyat və kimya ixtisası üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaq.