Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
ARTİ Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
İş haqqında məlumat:
Müvafiq mütəxəssislər ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq araşdırma aparır, araşdırma nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə əsasən şagird nailiyyətlərinin qiymətləndirilməsi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, qiymətləndirmə nəticələrinə əsaslanan siyasət tövsiyələri hazırlayır.
Tələblər:
- Təhsil sahəsində 3 ildən çox təcrübə;
- Təhsil siyasəti üzrə biliklər;
- Ümumi təhsil sistemində Qiymətləndirmə konsepsiyası, məktəbdaxili qiymətləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə biliklər;
- Analitik təfəkkür və problem həll etmə bacarığı;
- Müvafiq kompüter proqramları üzrə bilik və bacarıqlar;
- Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (rus dili arzuolunandır);
- Əməkdaşlıq və komandada işləmək bacarığı;
- Yeniliyə və peşəkar inkişafa açıq;
- Təhsil sahəsində işləmək həvəsi.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 30.09.2021-ci il tarixinədək CV-lərini n.bayramli@arti.edu.az elektron poçt ünvanına “Şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaq.