17.09.2021

İmişli və Şəmkir rayonlarında təhsil işçilərinin sentyabr konfransları keçirilib

Sentyabrın 17-də İmişli və Şəmkir rayonlarında təhsil işçilərinin sentyabr konfransları keçirilib.

İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Sabirabad, Saatlı və Beylaqan rayonlarının təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər.

ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılmasının üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması və digər məsələlər barədə çıxış edib. 

Şəmkir rayon Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.  

ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova “Müəlim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi” mövzusunda çıxış edib.