BSU tələbələri ilə "Peşəkar ol" proqramı başa çatıb
21-27 sentyabr tarixlərində ARTİ-nin Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün həyata keçirilən “Peşəkar ol” layihəsi başa çatıb. Layihənin 5-ci günündə “İnklüziya nədir?” mövzusunda müzakirəyə başlamazdan əvvəl layihə iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra seminar zamanı iştirakçılara inklüziv təhsil, onun Azərbaycan təhsilində yeri, son dövrlər bu istiqamətdə atılan addımlar barədə məlumat verilib.
Qeyd edək ki, BSU-nun pedaqoji istiqamətdə təhsil alan tələbələri üçün həyata keçirilən proqramın məqsədi tələbələri müasir pedaqoji proseslərlə bağlı məlumatlandırmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.
Nəzərinizə çatdıraq ki, proqram çərçivəsində 5 iş günü ərzində iştirakçılar J.Piajenin “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi, məktəbdaxili qiymətəndirmə, yazı işlərinin təşkilində səmərəli üsullar, dinləyib-anlama və danışma fəaliyyətləri üzrə işin təşkili metodikası, “İnklüziya nədir?” mövzularında seminarlarda iştirak ediblər.