01.10.2021

Təhsildə innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

ARTİ-nin Təhsildə innovasiyalar şöbəsi Təhsildə innovasiyalar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Təhsil, sosial və ya biznes layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
  • Müvafiq kompüter bilikləri;
  • Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Tədqiqat bacarıqları;
  • Layihələri idarəetmə bacarıqları;
  • Kollektivlə işləmək və effektiv ünsiyyət bacarıqları;
  • Təhsil sahəsi ilə bağlı biliklər;
  • Təşəbbüskarlıq.

Vəzifə öhdəlikləri:

  • İnnovativ məzmunun hazırlanmasında dəstək və iştirak;
  • Tədqiqat və innovasiyalar ilə bağlı təlimlərin təşkil olunması;
  • Təhsil tədqiqatlarının aparılması;
  • Təhsil problemlərinə innovativ həll yollarının tapılmasında dəstək;
  • Biznes planın/modelin hazırlanması və layihə məhsullarının kommersiyalaşdırılmasında iştirak;
  • Layihə təkliflərinin verilməsi və müxtəlif layihələrin icrasının təmin edilməsi;
  • Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 07.10.2021-ci il tarixinədək CV-lərini innovations@arti.edu.az elektron poçt ünvanına “Təhsildə innovasiyalar üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.