"Dissertasiya mövzusunun müəyyənləşdirilməsi, əsaslandırılması və fərdi iş planının tərtibi qaydaları" adlı seminar keçirilib
1 oktyabr tarixində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi doktorant və dissertantlar üçün “Dissertasiya mövzusunun müəyyənləşdirilməsi, əsaslandırılması və fərdi iş planının tərtibi qaydaları” adlı növbəti seminarı təşkil edib.
Seminarın məqsədi doktorant və dissertantlara təhsil müddəti ərzində tədqiqat aparacaqları mövzunun müəyyənləşdirilməsi, əsaslandırılması ilə bağlı istiqamət vermək, mövzunun Ali Attestasiya Komissiyasının qaydalarına əsaslanaraq tərtib edilməsinə nail olmaq, illik fərdi iş planının tərtib edilməsinə dair məlumat vermək olub.
Seminarda ARTİ-nin direktor müavini Ənvər Abbasov, elmi katibi Akif Abbasov, Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru İlham Cavadov, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri Hümeyir Əhmədov, şöbə müdirləri Bibixanım İbadova, Piralı Əliyev, İntiqam Cəbrayılov, Elxan Bəylərov, müvafiq şöbələrin əməkdaşları, İnstitutun doktorant və dissertantları iştirak ediblər.
Seminarı giriş sözü ilə Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov açaraq doktorantları qarşıda duran işlər barədə məlumatlandırıb.
Daha sonra ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktorantları nəzərdə tutulan dissertasiya işləri barədə auditoriyanı məlumatlandırıblar. Seminar sual-cavab sessiyası ilə davam edib.