05.10.2021

Təbiət fənni üzrə pilot məktəblərdə dərs deyəcək müəllimlər təlimlərə cəlb olunub

1 oktyabr tarixindən etibarən ARTİ tərəfindən ölkə üzrə seçilmiş ümumtəhsil məktəblərinin V siniflərində pilot olaraq tətbiq edilən təbiət fənnini tədris edəcək 132 müəllim təlimlərə cəlb olunub.

Təlimlərin məqsədi müəllimləri təbiət dərslik komplektinin (dərslik, iş dəftəri və metodik vəsait) inteqrativ məzmun və quruluşunun elmi əsasları ilə tanış etmək, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla onlara praktik məşğələlər keçməkdir.

Onlayn formatda keçirilən təlimlər 9 oktyabr tarixinə qədər davam edəcək.