11.10.2021

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək

ARTİ 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. 

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər mütləq qaydada onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 AZN təşkil edir. Qeydiyyat ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 11 oktyabr-1 noyabr aralığında onlayn aparılacaq.

Aşağıdakı linkdən qeydiyyat səhifəsinə keçid edə bilərsiniz: 

http://ttm.edu.az/az/exam-list-detail.php?id=RTVGWUtlbTVHWUliaUQxc1J6M01nQT09

Qeydiyyatdan keçmək qaydaları sözügedən səhifədə qısa video roliklərlə izah olunub. Hər hansı sual yarandığı təqdirdə həmin səhifədə qeyd edilən çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. 

Şagirdlərə Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurlar arzu edirik!