22.10.2021

19 oktyabr 2021-ci il tarixində ARTİ-nin Elmi Şurasının növbəti iclası keçirilib

Elmi Şuranın gündəliyinə bir çox məsələlər daxil edilib və müzakirə olunub.

Müzakirə olunan mövzular arasında Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş institut əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim edilməsi, əlavə təhsil müəssisələrinin 2019-2020-ci illərdə tender yolu ilə keçirdikləri təlimlərin proqramları barədə məlumatın verilməsi, 2020-2021-ci illərdə elmlər doktoru proqramı və fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş şəxslərin dissertasiya mövzularının, elmi məsləhətçi və elmi rəhbərlərinin təyin olunması, institut əməkdaşları və doktorantlar tərəfindən hazırlanmış əsərlərin institutun vəsaiti hesabına çapa təqdim edilməsi olub.

İclasda institutun direktoru Rüfət Əzizov, şura üzvləri, elmi katib Akif Abbasov, direktor müavinləri Ənvər Abbasov, Rəfiq Qəndilov, Aydın Əhmədov, Ülkər Babayeva, institutun böyük məsləhətçisi Vidadi Xəlilov, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, şöbə müdirləri Hümeyir Əhmədov, Elxan Bəylərov, İntiqam Cəbrayılov, Piralı Əliyev, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, institutun əməkdaşları və doktorantlar iştirak ediblər.