01.11.2021

ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün növbəti elmi seminar keçirilib

29 oktyabr 2021-ci il tarixində ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün növbəti elmi seminar keçirilib. Seminar ARTİ-nin Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin illik fəaliyyət planına uyğun olaraq təşkil olunub. Seminarı giriş sözü ülə ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov açıb. O, belə seminarların keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Seminarda ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusunda məruzə edib. O, öz təqdimatında müasir dövrdə elmi tədqiqatlara verilən tələbləri, elmi tədqiqatların aparılması texnologiyalarını, problem baxımından mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqini, dissertasiyanın struktur və məzmun məsələlərini şərh edib. Həmçinin elmi tədqiqatların konseptual problemlərinin həlli istiqamətlərinə aydınlıq gətirilib.

Təqdimatdan sonra doktorant və gənc tədqiqatçıların sualları professor İntiqam Cəbrayılov tərəfindən cavablandırılıb.