01.11.2021

"Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi" layihəsi çərçivəsində iki günlük təlim keçirilib

 

 

27-28 oktyabr 2021-ci il tarixlərində “Park Inn” otelində “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində iki günlük təlim keçirilib. Təlimdə ARTİ-nin Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı və şöbənin baş mütəxəssisi Leyla Sultanlı da iştirak ediblər. Təlimin aparıcısı ali təhsil üzrə beynəlxalq ekspert Achim Hopbach olub.

Qeyd edək ki, “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçirilir.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, ARTİ, AMEA-nın Geologiya və Geofizika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə keçirilib.

Təlim zamanı elmi müəssisələrin akkreditasiyasının keçirilməsinə dair qaydalar (layihə), təlimatlar, hesabatların hazırlanması, müsahibələrin aparılması barədə faydalı məlumatlar verilib.