03.11.2021

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) 26-27 noyabr 2021-ci il tarixində Naxçıvan şəhərində keçiriləcək. 

Beynəlxalq konfransın materiallarının məqalə və ya tezis şəklində ənənəvi və elektron formatlarda nəşri nəzərdə tutulur. Konfransın şərtləri və materialların nəşrə təqdim olunmasına dair tələblər ayrıca bölmədə verilir.

Konfransın əsas müzakirə istiqamətləri aşağıdakılardır:

- Müasir dövrün çağırışları və dünyada təhsilin inkişaf tendensiyaları

- Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi

- Təhsilin məzmununun yenilənməsi pedaqoji problem kimi

- Bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri və akkreditasiya mexanizmlərinin təkmillləşdirilməsi

- Təhsildə məsafədən təlimin aktual məsələləri

- Müəllimlərin peşəkar inkişafının aktual məsələləri: “Refleksiv müəllim”, ”Öyrənməyi öyrətmək və öyrətməyi öyrənmək” layihələri pedaqoji-metodik problem kimi

- Müasir dərslik konsepsiyası və məktəb təcrübəsi: reallıqlar və perspektivlər

- Müasir təhsil və pedaqoji-psixoloji elmlər: ənənələr və yeni çağırışlar

- Təhsil müəssisələrində tərbiyə işi: nəzəri və praktik aspektlər

- STEAM metodologiyası təhsildə elmi-innovativ strategiya kimi

- Təhsilin idarə olunmasının aktual problemləri

- İcma əsaslı məktəbəqədər təhsilin aktual problemləri

- Ümumi təhsildə qiymətləndirmə siyasətinə yenin baxış: beynəlxalq və milli qiymətləndirmə modelləri

- Tam orta təhsildə təmayülləşmə: əməli addımlar və çağırışlar

- İnklüziv təhsil: Azərbaycan təcrübəsi  dünya kontekstində

- Peşə təhsilinin inkişafında peşə təmayüllü siniflərin yeri və rolu

- Orta ixtisas təhsilinin inkişafına yeni baxışlar

- Ənənəvi ali təhsil müəssisəsi modelindən təhsil-tədqiqat-innovasiya mərkəzlərinə doğru

- Ali təhsilin magistratura səviyyəsi: ənənəvi və yeni proqram modelləri

- Ömürboyu təhsildə “Milli Kvalifikasiyalar Çərçivəsi”nin yeri və rolu

Konfransın işində iştirak etmək üçün elmi məruzələrin materialları MƏQALƏ VƏ YA TEZİS şəklində 2021-ci il noyabr ayının 20-nə kimi Təşkilat Komitəsinin elmihisse@nmi.edu.az elektron ünvanına (üzərində Beynəlxalq konfrans üçün göstərilməklə) göndərilməlidir.  

Konfrans əyani və ya videobağlantı formatında (videobağlantı formatında bağlantı Zoom platforması vasitəsilə) təşkil olunacaq. ID və parol əlavə olaraq verdiyiniz elektron ünvana və ya əlaqə nömrəsinə göndəriləcək.

Konfransın işçi dilləri  Azərbaycan, türk, ingilis və rus dilləridir.

Konfransda məruzəçilərə 15 dəqiqə ərzində çıxış imkanı yaradılması nəzərdə tutulur.

Konfransa təqdim olunan materialların tərtibat qaydaları aşağıdakılardır:

Materialın adı - baş hərflərlə, tünd, şrift 11 

Müəlliflərin adı, atasının adı, soyadı, elektron ünvanı və mobil əlaqə nömrəsi - kiçik hərflərlə, tünd, şrift 12;

İşlədiyi təhsil, elmi-tədqiqat müəssisəsinin adı - adi şriftlə, kursiv, şrift 12;

Mətnlərin yığılması - A4 formatda, yuxarıdan 2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, şrift 12, interval 1,5, Times New Roman;

Materialların həcmi: məqalə 5-10 səhifə (Xülasə, Açar sözlər və Ədəbiyyat siyahısı daxil olmaqla), tezis 2-4 səhifə (Xülasə daxil olmaqla) həcmində;

Xülasə: məqalə üçün - yazıldığı dildən başqa 2 xarici dildə (azı 100 sözdən ibarət olmaqla); tezis üçün - yazıldığı dildən başqa 1 xarici dildə (azı 50 sözdən ibarət olmaqla);

Açar sözlər - 5-6 söz və ya söz birləşməsi;

Ədəbiyyat siyahısı mətndəki istinad ardıcıllığı üzrə tərtib olunmalıdır.

Materiallar aşağıdakı rəsmi və ya elektron ünvanlarda qəbul olunur:

Poçt ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2, Naxçıvan Müəllimlər İnstitutu, Elmi hissə, otaq 209

Elektron ünvan: elmihisse@nmi.edu.az

Əlaqə telefonu: +994 50 365 26 56

Daha ətraflı məlumat üçün müraciətin elektron ünvanı - http://www.nmi.edu.az/