"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi çərçivəsində mentorluq dəstəyi göstərilir
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində tədbirləri davam etdirir.
Layihənin icrası üçün seçilmiş 8 ümumi təhsil müəssisəsində təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb olunub. Həmin uşaqlar üçün keyfiyyətli təhsilin təmin olunması məqsədilə müəllimlər, korreksiyaedici pedaqoqlar, psixoloqlar və məktəb rəhbərliyinə mentorluq dəstəyi göstərilir. Bu dəstək zamanı əlilliyi olan şagirdlərin təhsilə cəlb olunması, təlim prosesində yaranan çətinliklərin aradan qaldırılması, valideynlərlə əməkdaşlıq işlərinin aparılması kimi mövzular müzakirə edilir, müvafiq təklif və məsləhətlər verilir.
Qeyd edək ki, mentorluq dəstəyinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulub.