Vizyon və Missiya
Vizyon
Təhsilin hər bir vətəndaşın gündəlik həyatının bir hissəsinə çevrilməsini təmin etmək.
Missiya
Fəaliyyətimizdə əsas məqsəd təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir.
Dəyərlər
Şagirdə (təhsil alana) şəxsiyyət kimi yanaşmaq və onu təlim - tərbiyə prossesinin bərabərhüquqlu subyektinə çevirmək - şagirdin (təhsil alanın) arzuları, istəkləri, bilik və bacarıqları göz önünə alınmalı və tədris bu istiqamətdə aparılmalıdır. Məhz şəxsiyyət müasir dünyanın əsas hərəkətverici qüvvəsidir, şəxsiyyət isə təhsil vasitəsilə yetişdirilir. Şagird (təhsil alan) təhsil prosesindən və təhsil mühitindən məmnun qalmalıdır.
Müəllim keyfiyyəti – bu amil gələcək nəslin vətəninə, torpağına, millətinə bağlı əsl vətəndaş kimi yetişməsinə böyük təsir göstərir. Müəllim məsləhətçi statusunda olmalı, öz peşəkarlıq səviyyəsinin müntəzəm artırmalı və ölkəmizin müasir çağırışlarına layiqli cavab verməlidir.
Milli-mənəvi və ümumbəşəri dəyərlər – təhsil prosesinin insanlara aşılaya biləcəyi bu dəyərlər Azərbaycanın dayanıqlı və inklüziv inkişafını təmin edəcəkdir.