30.03.2022

Azərbaycanın TIMSS 2019 nəticələrinin idrak sahələri baxımından təhlili

Təhsil sahəsində uğurların artmasının bünövrəsində, ilk növbədə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi dayanır. Bu yolla dünyanın bütün ölkələri həm təhsil sistemini müqayisəli şəkildə qiymətləndirir, həm də nəticələrə əsasən təhsildə yeni yanaşmalar meydana gəlir. Azərbaycan da dünyada keçirilən önəmli şagird qiymətləndirmə proqramlarında iştirak edir. Bunlardan biri olan TIMSS (Trends in International Mathematics and Science Study) riyaziyyat və təbiət elmləri üzrə ümumi orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq tədqiqatdır.

Qeyd edək ki, TIMSS 2019- da ölkəmizi təmsil edən 4-cü sinif şagirdlərinin nəticələrində 2011-ci il ilə müqayisədə xeyli artım müşahidə edilmişdir. Məqalədə idrak sahələri baxımından riyaziyyat və təbiət elmləri üzrə şagirdlərin nəticələrinin müxtəlif istiqamətlərdə təhlili əks olunub.

Məqalə ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: /nodupload/editor/files/TIMSS%20T%C9%99hlil.pdf

Məqaləni hazırladılar: ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə şöbəsinin əməkdaşları Zinyət Əmirova, İzzət Abbaslı.