07.04.2022

Azərbaycanın TIMSS 2019 nəticələrinin məzmun sahələri baxımından təhlili

Dünyada rəqabətin yüksəldiyi, texnologiya və elm tutumlu sahələrin inkişafının insanların rifahının yaxşılaşmasına təsiri son dövrlər keyfiyyətli təhsilin əhəmiyyətini daha da artırır. Xüsusilə yaxın gələcəkdə rəqəmsal texnologiyaların həyatın müxtəlif sahələrində istifadəsinin sürətlənəcəyi, elm və informasiya əsaslı sahələrin geniş vüsət alacağı proqnozlaşdırılır. Bütün bu prosesləri nəzərə alaraq, milli təhsil sistemləri həm məzmun və təhsil standartları, həm də tədris metodlarını əmək bazarının tələbatlarına uyğunlaşdırmağa çalışır. Riyaziyyat və təbiət elmləri üzrə biliklər müasir dövrdə insanların həyatında müstəsna rol oynayır. Bu səbəbdən əsas elm sahələrinin tədrisinə, həmçinin şagirdlərin biliyinin davamlı olaraq ölçülməsinə ehtiyac duyulur. Həm milli, həm də beynəlxalq səviyyədə aparılan bu cür qiymətləndirmələr təhsil sistemində mövcud olan problemlərin aradan qaldırılmasına, tədrisin məzmun və metodik cəhətdən daha da təkmilləşdirilməsinə kömək edir. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq şagird qiymətləndirmə proqramlarında iştirak edir. Bunlardan biri də 4 ildən bir keçirilən TIMSS – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır.

Məqalə ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: Azərbaycanın TIMSS 2019 nəticələrinin məzmun sahələri baxımından təhlili

Məqaləni hazırladılar: ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə şöbəsinin əməkdaşı Şirin Məmmədov, ARTİ-nin doktorantı Leyla Abbaslı.