29.03.2021

Müxtəsər ifadə yazı işinin təşkili metodikası və qiymətləndirməsi

Müxtəsər ifadə şagirdin sərbəst yazı bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Yuxarı siniflərdə şagirdlər yazı işlərində geniş və təfərrüatlı informasiyaları qısa şəkildə çatdırmaq tələbi ilə daha tez-tez üzləşirlər. Məsələn, esse yazdıqda hadisələrin qısa məzmunundan istifadə edir, bədii əsərlər əsasında inşa yazarkən əsərin məzmununun xülasəsini verməli olurlar və s. Bu vərdişə yiyələnmək ibtidai siniflərdən başlayaraq müxtəsər ifadə yazı işi təlimlərinin aparılması ilə sıx bağlıdır.

Mətnin müxtəsər ifadəsi – mətndən təfərrüatları çıxararaq ən əhəmiyyətli informasiyaları saxlamaq şərti ilə əsas məzmunun qısa çatdırılması deməkdir. Bu zaman daha çox diqqət etmək lazımdır:

  • mətnin əsas fikrinin müəyyən ediməsinə;
  • mətnin əsas fikrini inkişaf etdirən köməkçi fikirlərə;
  • mətnin ideya istiiqamətini müəyyənləşdirən bədii detal və dil xüsusiyyətlərinə.

Məzmunu qısa nəql etməyi bacarmaq mətn üzrə iş üçün ən zəruri vərdişlərdən biridir.

Müxtəsər ifadə yazı işinin təşkili və qiymətləndirilməsi alqoritmini nəzərdən keçirək.

Şagirdlər üçün tapşırıq

(Tapşırıq IV sinif şagirdləri üçün nəzərdə tutulur)

 Mətni dinləyin və müxtəsər ifadə yazın.

 Nəzərə alın:

  1. Mətnin bütövlükdə və eləcə də hər mikromətninin məzmununu əks etdirmək vacibdir.
  2. Təhkiyə dinlənilən mətndəki şəxsin dilindən aparılmalıdır.
  3. Mətn 110 sözdən ibarətdir, minimum 70-80 sözlə ifadə edilməlidir. 70-dən az söz olduqda yazı yoxlanılmır.
  4. Mətni səliqəli, doğru və oxunaqlı yazılmalıdır.

Dinləmək üçün mətn

                                                                  QUŞ DİLİ

           Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Sərçələr cik-cik     edərək həyətə səs salmışdılar. Tut ağacının başında oturmuş sərçə birdən: “Cırrıt!”- edərək səs saldı.   Sərçələr o dəqiqə səslərini kəsib özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum:

           - Ana, o sərçə nə dedi?

           - Oğlum, o sərçə dedi ki: “Qaçın, tez gizlənin, budur, qırğı gəlir!”

           Doğrudan da, bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. Mən   heyrətdə idim. Təəccüblə soruşdum:

           - Ana. Bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi?

           Anam gülərək dedi:

          - Niyə bilmirsən?! Quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmioğlun ovçudur. O, quşlar, heyvanlar     haqqında çox şey bilir. Ondan soruş, desin.                                                                  

                                                                                 Süleyman Sani Axundov

Cədvəl 2. Müxtəsər ifadə mətni haqqında informasiya

Mikromətnlərin sıra sayı

  Mətnin planı

Mikromətnin əsas məlumatları

I

Ananın bacarığı

Ana quşların səsini dinləyib qırğı gələcəyini bildirir.

 

II

Ehtimalın doğrulması

Ananın ehtimalı özünü doğruldur, qırğı həyətdə görünür.

 

III

Ananın məsləhəti

Ana quşların davranışlarına fikir verməklə onların dilini öyrənməyin mümkün olduğunu deyir.

 

Diqqət:

Şagird mətni 70-dən az söz olmadığı halda yoxlanır.

Şagird mətnin məzmununu öz sözləri və cümlələri ilə ifadə edə bilər. Şagirdin tezisləri mətn haqqında informasiyada verilmiş cümlələrdən fərqli ifadə oluna bilər.

Şagird mətninin təhkiyəsi verilmiş mətnin təhkiyəsinə uyğun olmalıdır.

Verilmiş mətndə xüsusi adlar istifadə edilibsə, onlar lövhədə yazılmalıdır.

Şagird mətnini yoxlayarkən nəzərə alınır:

  1. Şagird mətnindəki mikromətnlərin sayı ilə verilmiş mətn haqqında informasiyadakı (Cədvəl 2) mikromətnlərin sayının uyğunluğu;
  2. Şagird mətnində mikromətnlərin ardıcıllığının dinlənilən mətnin mikromətnlərinin ardıcıllığına uyğunluğu;
  3. Hər bir mikromətndə veilmiş informasiyaların dəqiqliyi.

Dinlənilən mətnin əsas məzmununun uyğunluğu

Müxtəsər ifadə yazı işinin yoxlanılmasında bu meyar üzrə şagirdin dinlədiyi mətnin bütün əsas mikromətnlərini və önəmli informasiyalarını seçə bilmək, onları təhrifsiz ifadə etmək bacarıqları yoxlanılır. Bu zaman şagirdin mətnin əsas (və ya başlıca) məzmununun nədən ibarət olduğunu anlaması yoxlanılır.

Bu meyar üzrə şagird 2 balı o zaman alır ki, dinlədiyi mətnin məzmununu mətndə verilmiş bütün vacib mikromətnləri nağıl edə bilir.

İfadə yazı işini yoxlamaq məqsədilə mikromətnlər haqqında informasiya cədvəli müəllim tərəfindən öncədən hazırlanır.

Mətnin ixtisar olunmuş nümunəsi:

 

QUŞ DİLİ

         Yenə bir gün anam həyətdə oturub köynək tikirdi. Mən də yanında oturmuşdum. Həyətdə cikkildəşən     sərçələrdən biri qəfildən bərkdən səs çıxardı. Sərçələr qaçıb çəpərin içində gizləndilər. Mən anamdan   sərçənin nə dediyini soruşdum.Anam qırğı gələcəyini dedi.

       Doğrudan da, bir azdan qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı ötüb keçdi. Mən heyrətləndim və  anamdan quş dilini necə öyrəndiyini soruşdum.

  Anam gülərək dedi ki, quşlara fikir versən, öyrənə bilərsən. Tağı əmimoğlum da ovçudur, o da öyrədə bilər.                                                   

Qiymətləndirmə meyarları

Standart

Aspektlər

Meyarlar

III sinif

2.2.5. Mətnin əsas hissələrini seçib nəql edir.

III sinif

Verilmiş mətnin planını tutur və məzmununu yazır.

 

İfadənin məzmunu

Mətnin bütün vacib mikromətnlərini əks etdirərək əsas məzmunu qısa ifadə edir.

Vacib mikromətnlərdən birini buraxmaqla və ya öz təxəyyülünə əsasən yenisini əlavə etməklə mətnin əsas məzmununu qısa ifadə edir.

Birdən artıq vacib mikromətn  buraxmaqla və ya öz təxəyyülünə əsasən yenilərini əlavə etməklə mətnin əsas məzmununu qısa ifadə edir.

I sinif

2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.

II sinif

3.1.2. İxtisar və əlavələr etməklə mətni üzündən köçürür.

IV sinif

2.2.5. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir.

Mətnin ixtisarı

Bir və ya artıq üsuldan istifadə etməklə mətnin sona qədər ixtisarını davam etdirir.

 

 

 

Bir və ya artıq üsuldan istifadə etməklə mətnin ən azı iki abzasını ixtisar edir.

 

 

 

 

Bir və ya daha artıq üsuldan istifadə etməklə mətnin bir abzasını ixtisar edir.

 

 

 

 

Mətni ixtisar etmək üçün heç bir üsuldan istifadə etmir.

.

II sinif

2.2.4.

Mətnin məzmununu tərtib etdiyi plana uyğun nəql edir.

III sinif

2.2.3. Mətnin geniş palnını tutur.

III sinif

3.1.2. Verilmiş mətnin planını tutur və məzmununu yazır.

Mətnin məna bütövlüyü, ardıcıllıq və rabitəlilik

Şagird mətnində məna bütövlüyü, ardıcıllıq və rabitəlilik qorunur;

- məntiqi səhvlərə yol vermir,

- verilmiş mətnin ardıcıllığı qorunur;

- abzasların ardıcıllığını qoruyur.

 

Şagird mətnində məna bütövlüyü, ardıcıllıq və rabitəlilik qorunur, lakin:

- bir məntiqi səhvə yol verilir,

- bir yerdə abzasların ardıcıllığı pozulur.

 

Şagird mətnində verilmiş mətnin məzmunu öz əksini tapsa da:

- birdən artıq məntiqi səhvə yol verilir,

- iki və daha artıq yerdə abzasların ardıcıllığı pozulur.

  Müxtəsər imlanın maksimum balı:

Diqqət:

Qiymətləndirmə cədvəlindən formativ və summativ qiymətləndirmədə istifadə oluna bilər. Qiymətləndirmə prosesində mətnin dil qaydaları da tələblər çərçivəsinə uyğun olaraq nəzərə alınmalıdır. Summativ qiymətləndirmədə meyarlar üzrə ballar ifadə mətni üzrə tapşırığın qiymətləndirmə vasitəsində tutacağı yerə görə müəyyənləşdirilə bilər.

MÜXTƏSƏR İFADƏNİN DİNLƏMƏSİ
(şagirdlər üçün tövsiyələr)

İfadəni birinci dəfə necə dinləməli

Diqqətlə və məqsədyönlü dinləyin.

Ən vacib informasiyalara diqqət edin.

Fikrinizdə mətni hissələrə ayırın ki, onların hər birində nədən bəhs olunduğunu yadda saxlaya biləsiniz.

Mətnin mövzusunu, əsas fikrini, köməkçi fikirlərini müəyyənləşdirməyə çalışın.

Açar sözlərə diqqət edin.

Müəllif təhkiyəsinə fikir verin: hansı sözlər vurğulanır, müəllif üslubu hansı sözlərdə öz ifadəsini tapır.

Birinci oxunuşdan sonra ifadəni yazmaq uyğun görülmür.

Mətnin birinci oxusundan sonra nə etməli

Birinci oxunuşdan sonra açar sözləri aralarında böyük məsafələr qoyaraq yazmaq olar. Sonra onların arasına əlavələr edə bilərsiniz.

Mətnin üslubunu müəyyənləşdirin, əsas xüsusiyyətlərinə və quruluşuna diqqət edin, kompozisiyasının elementlərini qeyd edin:

təhkiyə üçün – hadisənin başlanğıcı, kulminasiya, razvyazka;

təsvir üçün – mətnin predmeti və onun əsas əlamətləri;

mühakimə üçün – tezis, arqument-dəlil, nəticə.

Mətnin geniş planını qurun.

Mikromətnləri seçmək, onun hissələrini müəyyənləşdirmək və adlandırmaq vacibdir.

Sonra əlavələr etmək üçün boşluqlar qoyaraq planın əsas punktlarını qeyd edin.

Mətni ikinci dəfə necə dinləməli

İkinci dinləmədən sonra mətnlə bağlı ilk təəssüratlarınızı dəqiqləşdirin, tərtib etdiyiniz mətn sxeminə düzəlişlər və əlavələr edin. Mətnin abzaslarının sayını dəqiqləşdirin: mətnin məna  bütövlüyü  üçün hər bir mikromətnin açar sözlərini müəyyənləşdirmək vacibdir. Müəllif mühakiməsinin məntiqinə diqqət edin və onu tərtib etdiyiniz planla müqayisə edin.

İkinci dinləmədən sonra nə etməli

Tərtib etdiyiniz sxem əsasında ifadənin qaralamasını yazın. Mətnin hissələrinin ehtiva etdiyi mikromətnlər arasındakı əlaqəni yoxlayın.

Yazdığınız mətni təkrar oxuyun, lazım olarsa, daha nələri ixtisar edə biləcəyinizi düşünün. Sonuncu düzəlişləri və əlavələri edin. Qaralamanı iki dəfə yoxlayın.

Mətninizi ağlamaya köçürün. Yazınızı təkrar ən azı iki dəfə yoxlayın.

Hazırladı: TİPİM-in əməkdaşı Könül Aydın Nəhmətova

Mətnin rus dilində orijinalını buradan oxuya bilərsiniz: http://mtvrus.ru/zadanie-1-kak-pisat-szhatoe-izlozhenie/