17.05.2021

Müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən videolar

Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası daha öncə təqdim olunub. Kitabça ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz: https://bit.ly/3ooQlnx

Aşağıdakı videolarda  isə 20 fənn, metodika ve pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmunu şərh olunur, sual nümunələri təqdim edilir, eyni zamanda həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verilir.

Qeyd edək ki, sözügedən videolar müzakirəyə açıqdır. Müəllimlər və müəllimliyə namizədlər tərəfindən veriləcək rəy və tövsiyələr müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq prosesi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına dəstək göstərəcək.

Azərbaycan dili və ədəbiyyat

Azərbaycan dili (dövlət dili kimi)

Riyaziyyat

Fizika

Kimya

Biologiya

Coğrafiya

Tarix

İngilis dili

Rus dili (xarici dil kimi)

Alman dili

Fransız dili

Rus dili və ədəbiyyat

İnformatika

Musiqi

Təsviri incəsənət

Texnologiya

Fiziki tərbiyə

İbtidai sinif (Azərbaycan bölməsi)

İbtidai sinid (rus bölməsi)

Metodika və Pedaqogika