"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda təlim kurslar
Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birlikdə “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlim kursları təşkil edib.
İyul ayının 13-dən etibarən Təhsi İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçirilən 6 günlük təlimin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn bu siyasətin reallaşdırılması məqsədilə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün keçirilən təlim nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.
Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcək.