“Məktəbli valideyn” layihəsi çərçivəsində Müstəqillik günü münasibəti ilə tədbir keçirilib

Tarix: 18.10.2017
Paylaş:

Oktyabrın 18-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Məktəbli valideyn” layihəsi çərçivəsində Müstəqillik günü münasibəti ilə tədbir keçirilib.

İsmayıllı rayonu Topçu kənd tam orta məktəbbində baş tutan tədbirdə məktəb kollektivi və şagirdlərlə yanaşı valideynlər də iştirak ediblər.

17 oktyabrda təqdimat mərasimi olmuş “Məktəbli valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dəsrdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “məktəbli valideyn”ə çevrilməsinə hədəflənib.

Layihə çərçivəsində 28 oktyabrda “Qarabağ döyüşçüləri ilə görüş” adlı növbəti tədbirin keçirilməsi planlaşdırılır. Tədbirin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə nail olmaqdır. Tədbirə müxtəlif illərdə döyüşən Qarabağ müharibəsi qaziləri və  valideynlərin dəvət edilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada Gülər Babayevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib