Metodik dəstək xidməti

Müəllimlərin ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı potensialının inkişafı və onun yüksəldilməsi, pedaqoji elmin nailiyyətləri və pedaqoji prosesdə yaranan qabaqcıl pedaqoji təcrübənin təhlili və s. kimi məsələlər metodik kabinetin fəaliyyətinin əsasını təşkil edir.

Rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən metodkabinetlərin əsas vəzifələri aşağıdakılardır:

Metodkabinetlər:

təhsil müəssisələrinin fəaliyyətinin yeni pedaqoji texnologiyalar əsasında qurulmasını istiqamətləndirir; rayon (şəhər) təhsil müəssisələrindəki pedaqoji kadrlarla aparılan metodiki işləri istiqamətləndirir, onların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidən hazırlanması işlərini təşkil edir;
təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni pedaqoji texnologiyaların inkişafı, onun yaradıcılıqla öyrənilməsi və tətbiqi məsələləri üzrə məktəb və metodbirləşmə rəhbərlərinin, müəllimlərin işini istiqamətləndirir;
pedaqoji, psixoloji və fənlərin tədrisi metodikalarına pedaqoji texnologiyaların ən yeni naliyyətlərini əlavə edir, onların təhsil prosesinə tətbiqi haqqında məlumatları pedaqoji kollektivlərə çatdırır;
yeni proqram, dərslik və dərs vəsaitlərini müzakirə edir, onların müəllifləri ilə görüşlərin təşkili, eksperimentlərin keçirilməsi, çoxvariantlı tədris planları və dərsliklərlə işləməyin metodikasına dair təklif və tövsiyələr hazırlayır;
təlim-tərbiyə müəssisələrində psixoloji xidmətin təşkili, dövlət və qeyri-dövlət təlim-tərbiyə müəssisələrində istedadlı, həmçinin əqli və ya fiziki cəhətdən qüsurlu uşaqların aşkara çıxarılması, onlarla işin təşkilində məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə əməli kömək göstərir.


Metodkabinetlər yuxarıda göstərilən vəzifələri həyata keçirməklə ümumtəhsil məktəblərində fəaliyyət göstərən pedaqoji kadrların fəaliyyətində və onların peşəkarlığının inkişaf etdirilib artırılmasında əhəmiyyətli rola malikdir.