Təhsildə innovasiyalar

Şöbənin əsas fəaliyyətinə ali təhsil müəssisələrində tədqiqat, inkişaf və innovasiyalar (Tİİ) fəaliyyətinin səmərəli təşkilinə və idarəolunmasına yardım göstərmək, mövcud vəziyyətin monitorinqini və qiymətləndirməsini aparmaq, müvafiq milli siyasətin formalaşdırılması və təkmilləşdirilməsinə dəstək vermək, bu sahədə aidiyyəti şəxslərin (müvafiq işçi heyəti, tədqiqatçılar, tələbələr və s.) potensialını və bacarıqlarını artırmaq məqsədli və məlumat xarakterli təlimlər həyata keçirmək, ali təhsil müəssisələrinin sənaye və beynəlxalq əməkdaşlıqların gücləndirilməsinə töhfə vermək və təhsilin hər bir pilləsi üçün innovativ layihələrin həyata keçirilməsində iştirak etmək daxildir.