Saatlıda “Fərqli şagirdlərə fərdi yanaşma” layihəsinin icrasına başlanılıb

Tarix: 24.10.2017
Paylaş:

24 oktyabrda Saatlı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Fərqli şagirdlərə fərdi yanaşma” layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Saatlı rayon Qarayevkənd kənd tam orta məktəbdə ilk öncə ibtidai sinif şagirdlərinin oxuyub-anlama və riyazi bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə aparılıb.

Dərsdənkənar məşğələlər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla aparılır. Məşğələlərin layihənin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulub.

Hazırda təşkil olunmuş qruplarda dərsdənkənar məşğələlər davam etdirilir.

Fərdi kateqoriyada Gülnar Muxtarovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.