“IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsinin təqdimatı oldu

Tarix: 26.10.2017
Paylaş:

25 oktyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsinin təqdimat mərasimi olub.

Layihə rəhbəri Ağcabədi rayonu E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyev, Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb və məktəbdən kənar müəssisə rəhbərlərinin  iştrakı ilə layihənin təqdimatını edib. Təqdimat zamanı layihə haqqında ümumi məlumat o cümlədən  layihənin  məqsədi, vəzifəsi və gözlənilən nəticələr  iştrakçılarının nəzərinə çatdırılıb.

Layihənin əsas məqsədi Ağcabədi rayonu üzrə təlimçi müəllimlər  qrupu formalaşdırmaq, IV sinifdə dərs deyən əsas  müəllimlərin ixtisas və metodik səviyyəsini yüksəltməkdən ibarətdir.

Artıq layihədə iştrak edəcək təlimçi və müdavim müəllimlər müəyyənləşib. Təlimlərə  DQ-də İxtisas üzrə ən yüksək nəticə göstərmiş müəllimlərin təlimçi qismində, ixtisasdan 25 baldan aşağı nəticə göstərənmüəllimlərin isə müdavim qismində  cəlb edilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində Rayon üzrə ixtisasdan ən yüksək nəticə göstərən müəllimlər üçün təlimlər təşkil olunacaq. Daha sonra Həmin təlimdən müsbət rəy alan müəllimlər aşağı nəticə göstərmiş müəllimlərə təlimlər keçecək. Bununla da rayon müəllimləri yerli təlimçilərdən yararlanacaqlar.

Layihə çərçivəsində 24 nəfər müəllimin təlimçi təlimində,76 nəfər müəllimin isə pedaqoji səviyyənin yüksəldilməsi üçün nəzərdə tutulmuş təlimdə iştrak etməsi nəzərdə tutulub.

Təlimlərin Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-lisey və E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə keçirilməsi planlaşdırılır.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin Ağcabədi rayon üzrə qalibi  Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyevin rəhbərlik etdiyi layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.