VIII-XI sinif şagirdləri arasında seçim turu keçirilib

Tarix: 26.10.2017
Paylaş:

26 oktyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsinin seçim turu keçirilib.

Bərdə şəhər 8 saylı tam orta məktəbdə  baş tutan seçim turunda məktəbin VIII-XI siniflərindən olan 45 şagird iştirak edib. Onlar Azərbaycanın fiziki coğrafi mövqeyi və təbiəti mövzularını əhatə edən 30 sualdan ibarət test tapşırıqlarını cavablandırıblar. Layihədə iştirak etmək üçün şagirdlərdən 30 nəfərin seçilməsi nəzərdə tutulub. Təlimdə iştirak edəcək şagirdlər müəyyənləşdirildikdən sonra onlara səfər ediləcək yer  və görüləcək işlər haqqında məlumat veriləcək.

“Təbiətimizi tanıyaq, sevək və qoruyaq” layihəsinin əsas məqsədi şagirdlərin Coğrafiya fənnindən əldə etdikləri nəzərı bilikləri  praktik biliklərə çevirmək, müxtəlif təbii obyektlərdən istifadə etməklə cəhəti təyin etmə bacarığına yiyələnmələrinə, ekstremal şəraitə düşdükdə çıxış yollarını tapa bilmələrinə nail olmaq, Azərbaycanın rəngarəng təbiətini daha dərindən tanıtmaq, onu antropogen təsirlərdən qorumaqdır.

Sevinc Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.