3 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Fransız dili danışıq klubu” layihəsinin təqdimat mərasimi olub.
Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqinə aid layihənin təqdimat mərasimi Qazax Rayon Təhsil Şöbəsində baş tutub.
Elə həmin gün, layihənin əsas məqsədi fransız dilində Şıfahi nitqin inkişaf etdirilməsi, şagirdlərlə fransız dil daşıyıcıları arasında virtual ünsiyyət qurmaq, şagirdlərə öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına catdırmaq, onlarla həmin dildə fikir və təcrübə mübadiləsi apararaq mədəniyyətlərarası dialoqun inkişafı imkanı yaratmaq, müasir standartlartlara əsaslanan şagirdlərin fransız dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, lüğət ehtiyatının zənginləşdirilməsi, mövzu üzərində diskussiya, debat yaratmaq və fransız dilində ünsiyyət bacarıqlarını canlandırmaqdan ibarətdir.
Layihə Qazax rayonu fransız dili tədris edilən ümumi təhsil məktəblərinin müəllim və şagirdlərini, eləcə də fransız dilinə marağı olan hər kəsi əhatə edir.
Artıq layihə çərçivəsində fransız dili müəllimləri tərəfindən planlaşdırılan həftəlik fəaliyyət və tədbirlər cədvəli təşkil edilib, kecirilən dərslərin aylıq cədvəli və vaxt bölgüsü müəyyənləşdirilib.
Layihə çərçivəsində şagirdlərin təyin olunmuş cədvəl əsasında fransız dili müəllimləri ilə dərs keçmələri nəzərdə tutulub. Dərslərdə fundamental biliklərdən başqa ictimai əsaslarla fransız dili dərnəyi də fəaliyyət göstərəcək. Burada şagirdlər fransız dilində film izləyəcək ,mahnılar dinləyəcək , nağıllar səhnələşdirəcək və bunların əsasında gördüklərini, eşitdiklərini, fikirlərini söyləyəcəklər, müxtəlif üsul və texnikalardan istifadə edərək oyun xarakterli calışmalar və s. həyata keciriləcəklər.
Qazax rayon Daş A.Əmilov adına Daş salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Xəlilova Söylü Nüşirəvan qızının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.