“Ağsutexçi”lər qida sənayesi müəssisəsinin laboratoriyasında dərs keçiblər

Tarix: 07.11.2017
Paylaş:

7 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsi çərçivəsində “Ağsutexçi”lərə qida sənayesi müəssisəsinin laboratoriyasında  ilk dərs keçirilib.

“Az-Granata” MMC qida sənayesi müəssisəsinin laboratoriyasında keçirilən dərsin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək olub.

Dərsdə əvvəlcədən sorğu əsasında seçilmiş texniki-təbiət – kimya, fizika, biologiya və texnologiya fənlərinə daha çox maraq göstərən “Ağsutexçi-lər iştirak ediblər.

Laboratoriyanın əməkdaşları “Ağsutexçi-lərə laboratoriyanın imkanlarını izah edib, ayrı-ayrı fiziki və kimyəvi cihazlar haqqında məlumat veriblər və sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab veriblər.

“AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət – kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsulları istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.

Layihə çərçivəsində həm Az-Granata qida sənayesi müəssisəsinin laboratoriyasında, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində praktiki kurslar keçirilməsi nəzərdə tutulub. Həmin kurslarda iştirak edəcək məktəblilərin seçimi üçün iki mərhələdə seçim turu olub. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunaraq 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilib.

Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.