“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir.
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə layihənin 400 nəfəri əhatə edən I mərhələsi artıq başa catıb.
Hazırda layihəinin II mərhələsin hazırlıq işləri çərçivəsində 5, 6 və 7-ci siniflər arasında riyaziyyat, fizika, tarix, ana (Azərbayscan və rus) dili, tarix , biologiya fənləri üzrə şagird seçimi başa çatıb.
Layihə çərçivəsində 7 noyabrda Şabran şəhəri 1 və 2 nömrəli tam orta məktəb müəllim və şagird kollektivi 9 noyabr – Dövlət Bayrağı günü münasibəti ilə Şabran rayonu Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər. 8 noyabrda eyni münasibətlə “Bir kərə yüksələnən bayraq… ”adlı inşa yazı müsabiqəsi – esse keçirilib. Müsabiqədə 40-a yaxın şagird iştirak edib.
Layihə Şabran rayonunun şəhər və kənd məktəblərinin şagirdlərini əhatə edir.
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Fazilovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.