“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Oynayaraq öyrənirik” layihəsi çərçivəsində rəqs məşğələləri başlayıb.
10 noyabrdan etibarən layihə çərçivəsində Bakı şəhəri N. Məmmədov adına 9 saylı tam orta məktəbdə başlayan rəqs məşğələləri məktəbin könüllü şagirdi Fəttah Fəttahzadə və layihənin rəhbəri Sona Hacılı tərəfindən keçirilir. İlk məşğələdə 40 nəfər şagird Azərbaycanın milli rəqsi olan yallını öyrənməyə başlayıb.
Çox sadə, texniki biliklər tələb etməyən qrup rəqsləri şagirdlərə komanda işi, sinxronluq, kreativlik, ünsiyyət, konflikt həlli, əməkdaşlıq öyrədəcək. Onlara vizual yaradıcı məhsulu birlikdə yaratmaqdan doğan komanda uğurunu hiss etdirəcək. Bu metod dünyada geniş yayılmış effektiv bir tədris metodudur.
Qeyd edək ki, rəqs məşğələlərinə qoşulmaq istəyən şagirdlər arasında sonuncu seçim turu 3 noyabrda keçirilib.
Layihənin əsas məqsədi Bakı şəhəri N. Məmmədov adına 9 saylı tam orta məktəbin şagirdləri üçün fərdi inkişaf təlimlərinin təşkil edilməsi və bu bacarıqlarının möhkəmləndirilməsi üçün yaradıcılıq məşğələlərinin keçirilməsindən ibarətdir. Layihə çərçivəsində mütəxxəsislərlə birlikdə şagirdlər üçün yaradıcı məşğələlərl, drama və rəqs məşğələləri ilə zəngin olan proqramların təşkil edilməsi nəzərdə tutulub.
Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbin müəllimi Sona Hacılının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş “Oynayaraq öyrənirik” layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.
Layihə çərçivəsində şəxsi inkişaf təlimləri zamanı şagirdlər “Sosial bacarıqlar” mövzusunda maraqlı müzakirələr aparıblar: