8-ci siniflər arasında yarışma keçirilib

Tarix: 14.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Uğur sorağında” intellektual klub layihəsi çərçivəsində növbəti yarışma keçirilib.

14 noyabrda S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında layihə çərçivəsində 8-ci siniflər arasında yarışam keçirilib. Üç mərhələdən ibarət olan yarışmada dünya görüşü və məntiqdən suallar səsləndirilib. Gərgin və maraqlı keçən yarışmanın qalibi 8a sinfi olub. 

Layihə çərçivəsində növbəti yarışmaların 27 noyabr – 7-ci siniflər, 4 dekabr – 6-cı siniflər və 11 dekabrda – 5-ci siniflər üçün keçirilməsi nəzərdə tutulub.

Layihəsinin məqsədi V-XI siniflərdə təhsil alan istedadlı şagirdləri aşkar etmək, onların potensialını inkişaf etdirmək və həmin şagirdləri Respublika və beynəlxalq olimpiadalara hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, 17-23 oktyabr tarixləri arasında Bakı şəhəri Nərimanov rayonunda yerləşən S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında seçim turu keçirilib. Seçim turu Respublika Humanitar Fənlər Gimnaziyasının V-XI sinif şagirdləri arasında aparılıb. 673 nəfəri əhatə edən seçim turunda hər sinifdən 5 nəfər olmaqla gimnaziya üzrə 145 istedadlı şagird seçilib. Suallara hər sinif üzrə ən çox cavab verən 5 şagird layihə iştirakçısı olmaq hüququ qazanıb.

Layihə çərçivəsində paralel siniflər arasında intellektual yarışmalar keçirilməsi nəzərdə tutulur.

Ləman Hacıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.