“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Oxu dostları” klubu layihəsi üzrə işlər davam edir.
“Oxu dostları” klubunun işturakçıları bu həftə tanınmış uşaq yazıçı və şairi Zahid Xəlil və Rafuq Yusifoğlu ilə Sumqayıt şəhər Poeziya evində gorüşdükdən sonra onlara ev tapşırıqları verilib. Belə ki, şagirdlərə hekayə yazmaq tapşırılıb və yazdıqları hekayələri bugünkü məşğələdə təqdim ediblər.
“Oxu dostları” klubu layihəsinin başlıca məqsədi şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək, mütaliə vərdişlərini təkmilləşdirməkdir.
Layihə Sumqayıt şəhər İ.Qayıbov adına 1 №-li tam orta məktəbin 3 və 8-ci sinif şagirdlərini əhatə edir.
Ümumilikdə layihə çərçivəsində şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün oxu və yazı bacarıqları üzrə təlimlər keçirilməsi, onların Sumqayıt Şəhər Mərkəzi Uşaq Kitabxanasının heyəti ilə mütəmadi görüş və müzakirələri, seçilmiş əsər üzrə tamaşa hazırlamaları və Sumqayıt Şəhər Dram Teatrında tamaşanın və yekun hesabatın təqdimatı nəzərdə tutulub.
Fərdi kateqoriyada Aidə Ələkbərovanın rəhbərliyi ilə qalib olmuş layihə öz işini 2017-ci ilin 22 dekabrında başa çatdıracaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.